“Taliban” Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb

“Taliban” Əfqanıstanla Tacikistan sərhədində yerləşən Tahar əyalətinə minlərlə xüsusi təyinatlı əsgər toplayıb.

Bunu “Taliban”ın mətbuat katibi Zabihulla Mücahid öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, xüsusi təyinatlılar əyalət ərazisində təhlükəsiziyin təmin olunması üçün bölgəyə cəlb olunub.

Qeyd edək ki, “Taliban” hərəkatı avqustun əvvəlindən etibarən Əfqanıstanda nəzarəti ələ keçirməyə başlayıb. Avqustun 15-də paytaxt Kabil ələ keçiriləndən sonra prezident Əşrəf Qani ölkəi tərk edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağdakı sülhməramlılarının yeni komandanı Ermənistan müdafiə naziri ilə görüşüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib