“Talibanla əməkdaşlığa hazırıq” –ƏRDOĞAN

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdogan bildirib ki, Ankara hələ də Kabil hava limanının təhlükəsizliyini təmin etməyə çalışır.

Bu barədəReüters agentliyi avqustun 18-də məlumat yayıb.

NATO üzvü olan Türkiyə ordusunuin hazırda Əfqanıstanda yüzlərlə hərbi qüvvəsi var.

Ankara bu yaxınlarda Birləşmiş Ştatlara, beynəlxal koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılmasından sonra Kabil Hava Limanının qorunmasını təklif edib və bu barədə tərəflər arasında bir neçə dəfə müzakirə də olub.

Türkiyədəki mənbələr bu həftə Reütersə bildirdilər ki, Talibanın Əfqanıstanda hakimiyyəti zəbt etməsindən sonra Kabildə xaos yarandığından, bu plan təxirə salınmışdı. Amma Ankara indi Talibana hava limanının qorunmasını və texniki yardım göstərməyi təklif etmək fikrindədir.

Ərdogan həmçinin televiziyaya müsahibəsində, Taliban hərəkatı ilə əməkdaşlığa hazır olduğunu bildirib və hərəkatın bugünədək mötətil bəyanatlarla çıxış etməsini alqışlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Əfqanıstanın prezidenti Qani fırıldaqçı idi…” –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi