Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tamaşaçı “Crocus City Hall”da terrorçunu necə zərərsizləşdirib?

User 23 Mart 2024 - 23:45 (Last updated: 21 May 2025 - 20:15)
terrorcu zerer

Ötən axşam Moskvada “Crocus City Hall”da “Piknik” qrupunun konsertinə baxmağa gələn tamaşaçı (ad açıqlanmır – red.) avtomatla silahlanmış terrorçulardan birini tərksilah edərək, onu zərərsizləşdirməyə nail olub.

O, bu barədə “Rossiya 24” telekanalına bildirib.

Həmin şəxsin sözlərinə görə, hücum zamanı həyat yoldaşı ilə kiçik zalda olub. O, insanlara atəş açan terrorçunun arakəsmənin arxasından çıxaraq avtomatına güllə ilə dolu yeni daraq taxdığını görüb.

“Mən həyat yoldaşıma baxdım, gözlərində qorxunc dəhşət gördüm və bir şey etməli olduğumu başa düşdüm”, – deyən həmin şəxs qaçaraq terrorçunun yanına gəlib və cəld onun silahından yapışıb, digər əli ilə isə terrorçunun başına bir neçə zərbə endirib. Digər tamaşaçı da onun yanına qaçaraq, terrorçunu zərərsizləşdirməyə kömək edib. Terrorçu zərərsizləşdirildikdən sonra onlar zaldan qaça biliblər.

Qeyd edək ki, ötən axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.

FSB direktoru Aleksandr Bortnikov Prezident Vladimir Putinə konsert salonuna hücumla bağlı 11 nəfərin saxlanılması barədə məlumat verib.

Post navigation

Previous: İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib
Next: Xəzər dənizində zəlzələ olub

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.