İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 kilometr cənub-qərbdə olub.

İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Əvvəlki məqalə

Argentina Prezidenti İlham Əliyevi təbrik edib

Sonrakı məqalə

Tamaşaçı “Crocus City Hall”da terrorçunu necə zərərsizləşdirib?