İspaniya “Atletiko”sunun futbolçusu Dieqo Kosta jurnalistlərlə ünsiyyət qurmamaq üçün qeyri-adi üsula əl atıb.
“Report”un məlumatına görə, 32 yaşlı hücumçu İngiltərədə “Liverpul”a qarşı keçirdikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan sonra koronavirusa yoluxduğunu göstərərək öskürməyə başlayıb.
Qeyd edək ki, görüşün əlavə vaxtı “Liverpul”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk matç eyni hesabla Madrid təmsilçisinin xeyrinə başa çatıb. “Atletiko” əlavə vaxtda vurduğu qollar sayəsində mərhələ adlayıb – 2:3.
Xatırladaq ki, daha öncə İspaniyada futbol matçları təxirə salınıb. UEFA isə avrokubokları dayandırıb.
https://www.youtube.com/watch?time_continue=9&v=ayrpfEwAQsA&feature=emb_logo