Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Tanınmış jurnalistin səhhəti ilə bağlı Prezidentə və Birinci Xanıma müraciət olundu

User 17 Mart 2025 - 15:02 (Last updated: 21 May 2025 - 20:15)
azer-residoqlu
Ölkənin tanınmış jurnalisti Azər Rəşidoğlunun səhhətində yaranmış ciddi onkoloji problemlə bağlı olaraq, ölkənin bir sıra jurnalistləri, media rəhbərləri, QHT təmsilçiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə
və Azərbaycanın Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya
Müraciət
Hörmətli cənab Prezident,
Hörmətli Mehriban xanım,
Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir.
Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur.
Hal-hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur.
Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var.
Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq.
Əvvəlcədən göstərdiyiniz diqqət və yardım üçün dərin təşəkkürümüzü bildiririk.

Post navigation

Previous: Azərbaycana kərə yağı idxalı kəskin artıb
Next: Madeyra-dan şikayətlər –

Oxşar xəbərlər

sayt online
  • Media

Media və Yayım Şurası jurnalistlər üçün müsabiqə elan etdi

User 20 Noyabr 2026 - 13:07
1200x800 (1)
  • Media

“Trendyol”da “Əfsanə günlər ” başlayır

User 20 Noyabr 2026 - 12:43
natiq memmeli
  • Media

Media üçün müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib – Natiq Məmmədli

User 20 Noyabr 2026 - 10:11

xƏBƏR

Tramp
  • Dünya

Tramp İrana yeni zərbələr barədə qərarı təxirə saldı – Yanvarın 1-dən sonranı gözləyir

User 20 Noyabr 2026 - 19:04
ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı hərbi zərbələrin bərpası ilə bağlı qərarı gələn ilədək təxirə saldığı...
Read more about Tramp İrana yeni zərbələr barədə qərarı təxirə saldı – Yanvarın 1-dən sonranı gözləyir
İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA dtx01
  • Baş Yazı

İŞİD-ə qoşulan iki azərbaycanlı saxlanıldı – DTX-dan AÇIQLAMA

User 20 Noyabr 2026 - 18:58
ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.