Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26 (Last updated: 20 Noyabr 2026 - 17:26)
tramp netanyahu

İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir.

CBS News-un məsələdən məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, İsrailin Baş naziri Benyamin Netanyahunun administrasiyası İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən, həmçinin, hərbi və nüvə infrastrukturunu yeraltı obyektlərə köçürməklə mümkün hücumlardan qorumağa çalışmasından narahatdır.

Məlumata əsasən, İsrail ordusu İranla yeni hərbi qarşıdurmaya hazırdır və Tehranın ilk mümkün hücumuna cavab vermək üçün müdafiə hazırlığını ən yüksək səviyyəyə çatdırıb.

Mənbələrin bildirdiyinə görə, Netanyahu administrasiyası ABŞ-la birgə hərbi əməliyyat keçirməyə üstünlük verir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın yeni hərbi əməliyyata başlamaq qərarı verib-verməyəcəyi və belə bir əməliyyatın hansı formada olacağı hələlik məlum deyil.

Qeyd olunur ki, Tramp bu həftə İranın kimyəvi və ya bioloji silah hazırlamağa cəhd göstərə biləcəyini də iddia edib, lakin bu fikrini təsdiqləyən hər hansı sübut təqdim etməyib.

ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılmasına dair atəşkəs razılaşmasının əldə olunması məqsədilə aylarla davam edən dolayı danışıqlar nəticəsiz qalıb. İran ABŞ-ın dəniz blokadasını aradan qaldırmayacağı və Tehranın irəli sürdüyü digər altı əsas şərti qəbul etməyəcəyi təqdirdə, nüvə proqramını müzakirə etməkdən imtina edir.

“CBS News”un mənbələri bildirir ki, İranla müharibə ABŞ-da Respublikaçılar Partiyasının son aralıq seçkilərdə məğlubiyyətinə təsir edən əsas amillərdən biri olub və müharibə Amerika ictimaiyyəti arasında populyarlığını itirməkdə davam edir.

AzPost.az

Post navigation

Previous: Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

Oxşar xəbərlər

polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
trap putin si
  • Dünya

Avropa liderlərindən “ikinci Yalta”ya etiraz – “Qitənin bölünməsinə imkan verməyəcəyik”

User 20 Noyabr 2026 - 13:46
zelenski
  • Dünya

“Ukraynada hərbi bazaları yerləşdirin!” – Zelenskidən ABŞ və Avropaya çağırış

User 20 Noyabr 2026 - 13:41

xƏBƏR

tramp netanyahu
  • Dünya

ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir

User 20 Noyabr 2026 - 17:26
İsrail və ABŞ yaxın perspektivdə İrana qarşı yeni hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir. CBS News-un məsələdən...
Read more about ABŞ və İsrail yaxın vaxtlarda İrana qarşı yeni hərbi əməliyyata başlamaq istəyir
Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı polsa rak
  • Dünya

Rusiyanın iki raketi və dronu Polşaya düşdü – Varşava qırıcıları havaya qaldırdı

User 20 Noyabr 2026 - 16:55
Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir 1704954558_telebe1
  • Sosial

Kolleclərə qəbul dayandırılır – Universitetlərə birləşdirilir

User 20 Noyabr 2026 - 16:44
Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb? arxeolo seher01
  • Maraqlı

Yer kürəsinin nəhəng sirri – Milyard illik dövr hara yoxa çıxıb?

User 20 Noyabr 2026 - 16:39
Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin yalanci
  • Sosial

Etibarsız insanın 4 əlaməti – Bu davranışlara diqqət edin

User 20 Noyabr 2026 - 16:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.