Tanınmış türk aktyor Rasim Öztekin vəfat edib

Türkiyəli aktyor Rasim Öztekin müalicə olunduğu xəstəxanada vəfat edib.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun ölüm xəbərini səhiyyə naziri Fahrettin Koca sosial şəbəkə vasitəsilə təsdiqləyib.

“Serial, teatr və kino aktyoru Rasim Öztekin keçirdiyi ürəktutmasından sonra Dr. Siyami Ersek Ürək və Damar Cərrahiyyəsi Təhsil və Araşdırma Xəstəxanasında göstərilən bütün müdaxilələrə baxmayaraq, həyatını itirib. Televiziya olan hər evdə ailədən biriydi. Başımız sağ olsun”, – nazir belə yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ter-Petrosyan dövlət çevrilişinə çağıranlara xəbərdarlıq edib –

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi