Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Tanışlıq zamanı bu 5 ifadəni işlətməyin –

User 04 Avqust 2026 - 09:08 (Last updated: 04 Avqust 2026 - 08:33)
tanisliq

Tanışlıq saytlarında və gündəlik ünsiyyətdə işlədilən ümumi və qeyri-müəyyən ifadələr insanın əsl xarakterini göstərməyə mane olur və potensial tərəfdaşların marağını azaldır.

Azpost.info bildirir ki, bu barədə Your Tango nəşrinə psixoloq və münasibətlər üzrə ekspert Kristi Hartman danışıb.

Onun sözlərinə görə, uzun illərdir tanışlıq saytlarındakı profilləri təhlil edir və həqiqətən diqqət çəkən anketlərə nadir hallarda rast gəlir. Problem əksər hallarda profilin zəif tərtib olunması deyil, hər kəsin istifadə etdiyi ümumi ifadələrin işlədilməsidir. Bu isə insanın fərdiliyini üzə çıxarmır. Ekspert qeyd edir ki, eyni problem təkcə onlayn tanışlıqda deyil, canlı ünsiyyətdə də müşahidə olunur.

Hartmanın fikrincə, ən çox rast gəlinən ifadələr bunlardır:

“Səyahət etməyi sevirəm”

Bu cümlə çox ümumidir, çünki səyahəti sevən insanların sayı çoxdur. Bunun əvəzinə hansı ölkələrdə olduğunuzu, gələcəkdə hara getmək istədiyinizi və necə səyahət etməyi sevdiyinizi qeyd etmək daha faydalıdır. Məsələn, Karib dənizində kruiz sevənlə minimal büdcə ilə yeni ölkələr kəşf edən insan tam fərqli həyat tərzinə malikdir.

“Təbiətdə vaxt keçirməyi xoşlayıram”

Bu ifadə də konkret məlumat vermir. Bir insan üçün bu, hər gün itini gəzdirmək, digəri üçün dağ yürüşləri, başqası üçün isə bağda manqal etmək demək ola bilər. Konkret nümunələr qarşı tərəfin sizi daha yaxşı tanımasına kömək edir.

“Kitab oxumağı və film izləməyi sevirəm”

Ekspert bildirir ki, bu da çox yayılmış, lakin məlumat verməyən ifadədir. Hansı janrları sevdiyinizi, dəfələrlə izlədiyiniz filmləri və ya sevimli aktyor və aktrisalarınızı qeyd etmək sizi daha maraqlı göstərə bilər.

“Yumor hissi olan insan axtarıram”

Kristi Hartmanın sözlərinə görə, demək olar ki, hər kəs gülməyi sevir. Amma insanların yumor anlayışı fərqlidir. Buna görə də konkret nümunələr göstərmək daha məqsədəuyğundur.

Psixoloq vurğulayır ki, bir çox insanlar tanışlıq saytlarında kifayət qədər müraciət almırsa və ya uyğun olmayan insanlarla qarşılaşırsa, səbəblərdən biri profildə fərdiliyin görünməməsidir.

“Özünəməxsus cəhətlərinizi nə qədər az göstərsəniz, sizə uyğun insanın sizi tapması bir o qədər çətin olacaq”, – deyə ekspert bildirir.

Onun fikrincə, hər kəsə xoş gəlmək cəhdi əks nəticə verir. İnsanlar qeyri-adi xüsusiyyətlərini gizlətmək əvəzinə, məhz onları nümayiş etdirməlidirlər. Çünki insanı yadda qalan və maraqlı edən məhz xırda detallar və fərdi xüsusiyyətlərdir.

Sunay Aydın

AzPost.az

Post navigation

Previous: 1,8 metrlik qədim insanlar? Heyrətamiz izlər tapıldı
Next: Gənclər smartfonlardan imtina edir

Oxşar xəbərlər

tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
fuzuli rza
  • Sosial

Füzuli Rzaquliyev vəfat edib

User 09 Noyabr 2026 - 13:53

xƏBƏR

az abs ermeni
  • Baş Yazı

Ermənistanla sülhün növbəti mərhələsi – TRIPP-dən sonra nə baş verəcək? / TƏHLİL

User 10 Noyabr 2026 - 11:37
Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni mərhələyə keçid üçün konkret addımlar atılır. Bakı, İrəvan və Vaşinqtonun...
Read more about Ermənistanla sülhün növbəti mərhələsi – TRIPP-dən sonra nə baş verəcək? / TƏHLİL
Azərbaycan neftinin qiyməti ucuzlaşıb neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

User 10 Noyabr 2026 - 10:47
Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.