Tanzaniya Prezidenti Con Maqufuli 62 yaşında vəfat edib

Tanzaniya Prezidenti Con Maqufuli vəfat edib.

Reuters xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Sami Hassan Suluh dövlət televiziyasında bildirib.

62 yaşlı liderin ölüm səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl Britaniya mediasında Tanzaniya müxalifətinin lideri Tundi Lisuya istinad edərək, martın 10-da Maqufulinin koronavirus və ürək problemləri səbəbi ilə Keniyada xəstəxanaya yerləşdirildiyi xəbəri dərc edilmişdi.

Keniyanın “The Nation” qəzeti isə “Afrika ölkələrinin liderlərindən biri”nin COVID-19 yoluxma diaqnozu ilə paytaxt Nairobidəki xəstəxanada tənəffüs aparatına bağlı olduğunu yazmışdı. Lakin nəşr onun adını açıqlamamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Baydenin qalmaqallı çıxışından sonra Rusiya ABŞ-dakı səfirini geri çağırıb

Sonrakı məqalə

Fransada avtomobil 18 nəfər azyaşlı velosipedçini vurub –