Tarixdə ilk dəfə Fələstin səfiri etimadnaməsini Belçika kralına təqdim edib-FOTO

Tarixdə ilk dəfə olaraq Fələstinin Belçika, Lüksemburq və Avropa İttifaqındakı ilk səfiri Amal Cadu etimadnaməsini Belçika Kralı Filipə (Filip Leopold Ludviq Maria) təqdim edib.

Azpost.info bildirir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.

“Mən Belçika Kralına Fələstinə davamlı dəstəyinə görə Prezident Abbasın minnətdarlığını çatdırdım”deyə Cadu yazıb.

Bununla belə, Belçika Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, Fələstin nümayəndəsinin dəvət edilməsi Fələstinin bir dövlət kimi tanınması demək deyil. Bu qərar Belçika ilə Fələstin Azadlıq Təşkilatı arasında 2012-ci ildə bağlanmış müqaviləyə əsaslanır. Sənəd Fələstin Muxtariyyətinin Belçikada beynəlxalq təşkilat statusunu təsdiq edir və ona müvafiq imtiyazlar verir.

Əvvəlki məqalə

Polşa Prezidenti Azərbaycanla sərhədə gəldi, durbinlə baxdı –

Sonrakı məqalə

Bələdiyyə seçkilərində təşviqatın vaxtı açıqlandı