Tatarıstanda yaşayış binasında partlayış olub –Ölən və yaralananlar var

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

Yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb.

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb.

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məhkəmədə Əbülfəs Qarayevin Hacıbala Abutalıbova məktubu elan olunub

Sonrakı məqalə

İlham Əliyev və Mehriban Əliyeva Qubadlı sakinləri ilə görüşüblər –