Taxta bazarı”nda baş vermiş yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Ümumilikdə, yanğınla mübarizə məqsədilə əraziyə 15-ə yaxın texnika və 70 nəfərə yaxın canlı qüvvə cəlb olunub.

Əvvəlki məqalə

İran şahının arvadı Fərəh Pəhləvi Bakıda –

Sonrakı məqalə

“Taxta bazarı”ndakı yanğında xəsarət alan olmayıb