Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tayvan dronlara qarşı yüzlərlə müdafiə sistemi almaq niyyətindədir

Orkhan Ali 06 Noyabr 2025 - 09:00 (Last updated: 06 Noyabr 2025 - 07:44)
dronlar

Tayvan Müdafiə Nazirliyi yaxın üç il ərzində pilotsuz uçuş aparatlarına qarşı 600-dən çox yüngül müdafiə sistemi əldə etməyi planlaşdırır. AzPost “Taipei Times” qəzetinə istinadla xəbər verir ki, layihənin dəyəri təxminən 9,7 milyard Tayvan dolları, yəni 312 milyon ABŞ dolları həcmində qiymətləndirilir.

Məlumata görə, layihənin həyata keçirilməsi üçün Tayvan parlamentinin razılığı tələb olunur. Müdafiə Nazirliyi bildirir ki, bu sistemlər dronları aşkar etməli, onlara maneələr yaratmalı, həmçinin naviqasiya siqnallarını çaşdırmaq imkanına malik olmalıdır.

Hazırlanacaq qurğuların yüngül və daşınması asan olması əsas şərtlərdən biridir. Belə sistemlərin quraşdırılması 15 dəqiqədən artıq çəkməməlidir.

Yeni texnologiyanın əsas məqsədi dörd kilometrlik radiusda ondan çox dronu eyni vaxtda aşkarlamaqdır.

Layihədə iştirak etmək istəyən şirkətlərdən ilkin mərhələdə 242 ədəd sistemin yarım il ərzində sınaq üçün təhvil verilməsi tələb olunur. Daha sonra, sınaqlardan uğurla keçdikdən sonra, əlavə 393 ədəd sistemin 180 gün ərzində çatdırılması nəzərdə tutulur.

Tayvan hakimiyyəti son illərdə regionda artan təhlükəsizlik riskləri fonunda müdafiə qabiliyyətini gücləndirməyə xüsusi diqqət yetirir. Yeni anti-dron sistemlərinin alınması da bu strategiyanın bir hissəsi hesab olunur.

AzPost.az

Post navigation

Previous: “Bu cür qollar buraxmaq axmaqlıqdır”
Next: Iki təhlükəli məhbus səhvən azadlığa buraxılıb

Oxşar xəbərlər

dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
paşinyan
  • Dünya

Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

User 14 Noyabr 2026 - 09:49

xƏBƏR

pehriz qida
  • Maraqlı

Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept

User 14 Noyabr 2026 - 23:07
Arıqlamaq istəyən bir çox insan üçün axşam yeməyi əsl sınağa çevrilə bilər. Həm aclığı aradan qaldıran, həm...
Read more about Arıqlamaq istəyənlər axşam bu yeməyi yesin – Dietoloqdan ideal resept
“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı ramiz qizi
  • Sosial

“Bandotdel” Ramiz Mehdiyevin qızının vəkilini saxladı

User 14 Noyabr 2026 - 21:33
Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı dublin
  • Dünya

Dublində dünya liderlərinin olduğu məkanın yaxınlığında bomba tapıldı

User 14 Noyabr 2026 - 20:06
Tramp İranla müharibənin başa çatdığını bildirib tramp cixis
  • Dünya

Tramp İranla müharibənin başa çatdığını bildirib

User 14 Noyabr 2026 - 18:39
Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır? is yeri
  • Baş Yazı

Azərbaycanda iş tapmaq daha asan olan sahələr – Hansı peşələrə tələbat artır?

User 14 Noyabr 2026 - 17:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.