“Tayvana səfərimdən qətiyyən peşman deyiləm”- Nensi Pelosi

“Tayvana səfərimdən qətiyyən peşman deyiləm”.

Azpost.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bunu NBC telekanalına müsahibəsində deyib.

Pelosi hesab edir ki, səfər buna dəyərdi: “Taybeydə konqresmenləri çox yaxşı qarşıladılar”.

Eyni zamanda o, ABŞ-ın Respublikaçı və Demokratik partiyalarının nümayəndələrinin Tayvan səfərini dəstəklədiklərini diqqətə çatdırıb.

Pelosinin sözlərinə görə, ABŞ vahid Çin prinsipinə sadiqdir və nümayəndə heyətinin bu səfəri siyasəti dəyişmək cəhdi deyildi: “Niyə Çinə Tayvanı dəstəklədiyimizi göstərməyək? Bu, Tayvanla münasibətlərimizin bir hissəsidir. Biz ora status-kvonu tanımaq üçün getdik”.

Azpost.info

Əvvəlki məqalə

“Səfirliyə hücuma dair təhqiqatla bağlı polislə işləyirik” –

Sonrakı məqalə

“Döyüş meydanlarında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirəcək”