Tayvanda son sutkada 200-dən çox zəlzələ qeydə alınıb

Tayvan ərazisində son 24 saat ərzində ən azı 218 zəlzələ və afterşok qeydə alınıb.

Bu barədə Mərkəzi Meteorologiya Departamentinin məlumatında bildirilib.

5,5 bal gücündə ilk yeraltı təkanlar bazar ertəsi axşam – yerli vaxtla saat 17:08-də (Bakı vaxtı ilə 13:08) qeydə alınıb.

Həmin vaxtdan bəri Tayvan ərazisində saatda bir neçə zəlzələ qeydə alınıb – onlardan ən güclülərinin maqnitudası 6,0 və 6,3-ə çatıb.

Səlahiyyətlilər hələ də böyük dağıntılar barədə məlumat verməyiblər.

Xatırladaq ki, aprelin 3-də Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Hualien qraflığında 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Son məlumatlara görə, 16 nəfər həlak olub, daha 1155 nəfər yaralanıb.

Əvvəlki məqalə

Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları birgə görüşü -TAM MƏTN

Sonrakı məqalə

Dünyanı ən çox narahat edən 15 problem hansılardır?