Tayvanda zəlzələdə ölənlərin sayı artıb, min nəfər xəsarət alıb

Tayvan yaxınlığında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 10-a çatıb, 1106 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Mərkəzinin hesabatında qeyd edilib.

Yenilənmiş məlumatlara görə, 705 nəfər çətin relyefə malik ərazilərdə yardım gözləyir: onlardan 500-dən çoxu Taroko Milli Parkının dağlıq ərazilərindədir. Həmçinin 18 nəfər hələ də itkin sayılır.

Qeyd edək ki, aprelin 3-də yerli vaxtla saat 7:58-də (Bakı vaxtı ilə 3:58) adanın şərq hissəsindəki Hualien şəhəri yaxınlığında 7,3 bal gücündə zəlzələ baş verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.