“Tayvandakı separatçılara yalan siqnal göndərməyin!”- Çindən Baydenə ultimatum

Çin Xarici İşlər Nazirliyi ABŞ-ı Tayvan məsələsinin Pekin üçün əhəmiyyətini və həssaslığını dərk etməyə çağırıb.

Azpost.info xəbər verir ki, çağırış ABŞ prezidenti Co Baydenin adanı Çinin hücumundan qorumaq üçün ordudan istifadə etməyə hazır olması barədə bəyanatından sonra səsləndirilib.

Çin Baydenin bəyanatına etiraz edib və Vaşinqtonu Pekinin öz suverenliyini müdafiə etmək əzmini gözardı etməməyə dəvət edib.

Çin XİN vurğulayıb ki, Pekin bütün lazımi tədbirləri görmək hüququnu özündə saxlayır.

“ABŞ tərəfinin bəyanatları “vahid Çin” prinsipini və ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməmək üzrə vacib öhdəliyini ciddi şəkildə pozur, adada müstəqillik tərəfdarı olan separatçı qüvvələrə yalan siqnal verir”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bugünkü brifinqdə bildirib.

Azpost.info

Əvvəlki məqalə

Şəhid Səbuhi Əhmədovun qardaşının videoları ilə bağlı araşdırma davam edir –

Sonrakı məqalə

Baş Prokurorluq hüquq müdafiəçisinə xəbərdarlıq edib –