Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

TBMM-in nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub

User 18 Oktyabr 2023 - 17:27 (Last updated: 21 May 2025 - 20:15)
1697635113145628879_1200x630

Oktyabrın 18-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qərbi Azərbaycan İcmasının rəhbərliyi arasında görüş keçirilib.

İcmanın İdarə Heyətinin sədri Əziz Ələkbərli son 200 ildə Azərbaycan xalqının üzləşdiyi müsibətlər barədə danışıb, ötən əsrdə Qərbi azərbaycanlıların Ermənistandan dörd dəfə deportasiya edildiyini, soyqırımlara məruz qaldıqlarını söyləyib. Ə.Ələkbərli vurğulayıb ki, 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiya əsnasında yaradılan təşkilat üç onillik boyunca soydaşlarımızın leqal təmsilçisi olub və bu ilin əvvəlində qəbul edilmiş Qayıdış Konsepsiyasına əsasən Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində müvafiq fəaliyyət həyata keçirir. Diqqətə çatdırılıb ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır.

Sonra çıxış edən İcma sədrinin müavini Ramil Həsən Qayıdış Konsepsiyasında nəzərdə tutulan digər istiqamətlər barədə danışıb, həmçinin Ermənistan ərazisində dağıdılan mədəni irsimiz, qəbiristanlıqlar, dəyişdirilmiş toponimlərimiz barədə məlumat verib, bu abidələrin qorunması ilə bağlı İcmanın UNESCO-ya ünvanlandığı müraciətləri xatırladıb.

İcmanın Ağsaqqallar Şurasının sədri Əhliman Əmiraslanov və Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı qonaqlara soydaşlarımızın yaşadıqları ağrı–acı, eləcə də deportasiyalar zamanı mədəni irsimizə dəyən zərər barədə məlumat veriblər.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun verilən məlumatların onları təsirləndirdiyini bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acısını bölüşdüyünü deyib. “Bir millət, iki dövlət” fəlsəfəsini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq modelinin dünyanın başqa heç bir yerində olmadığını vurğulayıb.

Görüşdən sonra qardaş ölkədən gələn nümayəndə heyəti İcmanın binası ilə tanış olub. Onlara binadakı şəkillər, xəritə və stendlər ilə bağlı məlumat verilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr və protokol şöbəsinin müdir müavini Ömər Faruk Kılıçkaya, Katibliyin baş məsləhətçisi Çiğdem Gündüz, Xarici əlaqələr və protokol şöbəsinin məsləhətçisi Mehmet Tekdoğan, Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar görüşdə iştirak ediblər.

Post navigation

Previous: Türkiyədə Qəzzaya görə 3 günlük matəm elan ediləcək
Next: Gəlirlərin bəyan edilməsində Qırğızıstan təcrübəsi

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Arıqlamaq istəyənlərin bir çoxu ilk addım kimi çörəyi, düyünü və digər karbohidratlı qidaları tamamilə menyudan çıxarır, yeməkləri...
Read more about Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.