TƏBİB-in İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin edilib

Tibbi Əraziləri İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr şöbəsinə müdir təyin edilib.

Elnur Hidayətoğlu şöbənin müdiri təyin olunub.

O, faktı APA-ya təsdiqləyib.

Xatırladaq ki, o, daha əvvəl Bakı Baş Səhiyyə İdarəsinin İctimaiyyətlə əlaqələr və müraciətlərlə iş departamentinin rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Departamentinin müdiri Zamirə Ədilovadır. Departamentin iki şöbəsi var – İctimaiyyətlə Əlaqələr və Daxili Kommunikasiya şöbələri. Daxili Kommunikasiya şöbəsinin müdiri isə Aynur Nurəliyevadır.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.