“Tehran Yaxın Şərqdə gərginliyin artmasını istəmir”- İRAN XİN

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Britaniya xarici işlər naziri Devid Kemeronla telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Abdullahian bildirib ki, Tehran Yaxın Şərqdə gərginliyin artmasını istəmir.

“İran İslam Respublikası regionda gərginliyin artmasını alqışlamır, lakin İsrail rejimi təxribatlar törətmək istəsə, bizim növbəti cavabımız dərhal, daha sərt və genişmiqyaslı olacaq”, – Abdullahian deyib.

Azpost.info

Əvvəlki məqalə

TuranBank-la AİB arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalanıb

Sonrakı məqalə

İran səfiri Belçika XİN-ə çağırılıb