Tehranda cümə namazı ləğv edildi

Çindən sonra koronavirusun tüğyan etdiyi İranda kütləvi tədbirlər təxirə salınır.

Ölkənin paytaxtı Tehran şəhərində koronavirusa görə sabah qılınması planlaşdırılan cümə namazı ləğv edilib. Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub.

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar Mahmud Sadiqi və Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yardımlıda “Baron Şəmi” ləqəbli narkobaronu öldürən bir nəfər tutulub –

Sonrakı məqalə

Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaradıldı