Teleaparıcı Solovyov təhqir etdiyi bloqerdən üzr istədi

Rusiyalı teleaparıcı Vladimir Solovyov bloqer Viktoriya Bonyadan efirdə onu təhqir etdiyinə görə üzr istəyib.

Azpost.info bildirir ki, Solovyov “Full Contact” verilişində Bonya ilə canlı yayımda deyib: “Birincisi, çox gözəl görünürsən. İkincisi: bəli, əlbəttə ki, üzr istəməliyəm. Tamamilə haqlısan. Əlbəttə ki, həddindən artıq emosional idim”, – Solovyov deyib.

Solovyovun sözlərinə görə, onun reaksiyası Bonyanın müraciətinin özü ilə deyil, “belə bir səviyyədə diqqət çəkməsi” ilə bağlı olub. O, Bonyanın Vladimir Putindən qorxan insanlar haqqında dediklərindən “qəzəbləndiyini” bildirib. Bu sözlər Qərb mediası tərəfindən yayımlanıb. Solovyov Rusiya xalqının əslində prezidentdən qorxmadığını, onu sevdiyini söyləyib.

“Üzr istəməyinizə şadam”, -deyə Bonya cavabında vurğulayıb.

14 apreldə Viktoriya Bonya Putinə “xalq adından” müraciət dərc edib. O, “heç bir qubernatorun danışmayacağı” beş məsələni sadalayıb. Bonya insanların Putindən qorxduğunu deyib, özünün isə qorxmadığını bildirib.

Kreml Bonyanın qaldırdığı məsələlər üzərində “işlərin davam etdiyini” bildirib. Daha sonra o, Putinə və Peskova onun müraciətinə baxdıqları üçün göz yaşları içində təşəkkür edib. Bonyanın müraciəti geniş müzakirə edildikdən sonra Vladimir Solovyov onu axşam şousunda ” fahişə” adlandırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.