“Telefon və avtomobillər üçün rüsumların artırılması xəbəri şayiədir” –

NAZİR
10 Noyabr 2021 - 15:26

“Baytarlıq məhsullarının rüsumları artırılmır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ərzaq məhsullarının qiymətlərinə təsir göstərəcək heç bir qəpik də rüsum artırılmasından söhbət gedə bilməz: “Bu gün mətbuatda şayiələr yaranmışdı ki, mobil cihazların qeydiyyat rüsumu artırılacaq. Bu tamamilə şayiədir. Avtomobillərlə bağlı yayılan məlumatlar da tamamilə şayiədir”. (APA)