“Telefon və avtomobillər üçün rüsumların artırılması xəbəri şayiədir” –NAZİR

“Baytarlıq məhsullarının rüsumları artırılmır”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, ərzaq məhsullarının qiymətlərinə təsir göstərəcək heç bir qəpik də rüsum artırılmasından söhbət gedə bilməz: “Bu gün mətbuatda şayiələr yaranmışdı ki, mobil cihazların qeydiyyat rüsumu artırılacaq. Bu tamamilə şayiədir. Avtomobillərlə bağlı yayılan məlumatlar da tamamilə şayiədir”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dövlət müəsissələrinin özəlləşdirilməsi ilə bağlı işlər gedir” –

Sonrakı məqalə

“Qiymət siyasətində səhvlər məhsulun qıtlığına gətirib çıxarır” –