“Telefonçu qız” filmindəki 78 yaşlı “Mehriban”:"Azərbaycan mənə əzizdir" (FOTOLAR)

78 yaşlı aktrisa. Onunla söhbət edəndə fikrimdə Hüseyn Cavidin “Mən gözəllərdə gözəl ruh araram” misrası dolaşdı. Onun gözəlliyinin ruhuna bağlı olduğunu düşündüm və düşüncəmdə yanılmadım. Aktrisanın işıqlı siması və cazibədarlığı istənilən millətin obrazını oynamağa imkan verib.

Azərbaycanda istehsal olunan “Telefonçu qız” filmində Mehriban obrazını canlandıran Ukraynanın Xalq artisti Raisa Nedaşkovskayanın ahıl yaşında belə həyat eşqi, üzündəki nur onun gözəl ruhuna bağlıdır. O Azərbaycan filmlərinin əcnəbi qəhrəmanı kimi ölkəmizdə seçilən aktrisalardan biridir. 17 yaşında oynadığı ilk filmdəcə məşhurlasan Raisa Nedaşkovskaya Həsən Seyidbəylinin rejissor kimi kinoda ilk işi olan “Telefonçu qız”a çəkiləndə 19 yaşı var idi.

Raisa Nedaşkovskaya Azərtac-a açıqlamasında ilk dilə gətirdiyi kəlmə bu oldu: “Azərbaycanı çox sevirəm!” Sonuncu dəfə Bakıda 40 il bundan qabaq olduğunu deyən aktrisa yenə də günəşin istisinə sığınaraq Xəzərin sahilində gəzmək istədiyini dilə gətirib: “Azərbaycanda unudulmadığım üçün bir qadın kimi özümü xoşbəxt sayıram. Azərbaycan mənə əzizdir, “Telefonçu qız” filmindəki Mehriban obrazı karyeramda ən uğurlu rollarımdan biridir”, – deyə Raisa Nedaşkovskaya əlavə edib.

50-yə yaxın filmdə müxtəlif obrazlar canlandırdığını deyən ukraynalı aktrisa Mehriban obrazını çox sevdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlərin siyahısı açıqlanıb

Sonrakı məqalə

Sabaha olan hava proqnozu