Telefonunun şarjı tez bitənlər üçün tövsiyələr

İstehsalçıdan asılı olmayaraq istənilən smartfonun “zəif  bəndi” akkumlyatordur.

“Sputnik”in məlumatına görə, bu barədə Rusiyada Mobil Araşdırmalar Qrupunun aparıcı analitiki Eldar Murtazin bildirib.

Onun sözlərinə görə, istənilən akkumlyator batareyasının (o cümlədən smartfondakının) doldurma və boşalma dövrlərinin sayında məhdudiyyət olur. Bu miqdar keçildiyi təqdirdə, cihazın məhsuldarlığında azalma ola bilər, bəzən isə hətta isti və ya soyuq havada gözlənilmədən sönə bilər.

“Batareya smartfonun işinə təsir göstərir. Batareya artıq köhnəldikdə, yəni çox sayda şarj olunanda cihaz isti və ya soyuq havalarda daha çox enerji itirməyə başlayacaq.  Məsələn yayda kondisionerli otaqdan istiyə, yaxud qışda isti otaqdan soyuğa çıxılarkən zəng gələrsə, smartfon qəfil sönə bilər. Ancaq bu problemin həlli var – sadəcə cihazdakı batareya dəyişdirilməlidir”, – deyə Murtazin izah edib.

Onun sözlərinə görə qadjetin korpusunun quruluşundan asılı olmayaraq batareyanı dəyişdirmək mümkündür.

“Hər hansı xidmət mərkəzində batareyanı dəyişdirmək olar. 3-4 ildən bir bunu etmək tövsiyə olunandır”, – deyə Murtazin bildirib.

Mütəxəssis eyni zamanda batareyanın rəsmi xidmət mərkəzində dəyişdirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ucuz, sertifikatlaşdırılmamış analoq almaqla pula qənaət etmək cəhdi daha ciddi xərclərə, hətta cihazın məhv olmasına səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur türk müğənnisinin qardaşı koronavirusdan öldü

Sonrakı məqalə

UNESCO Liverpul şəhərini “dünya irsi” siyahısından çıxartdı –