Telejurnalist Rəşad Abbasov vəzifəyə təyin olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni müdir təyinatı olub. 

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə jurnalist Rəşad Abbasov təyin edilib.

Qeyd edək ki, 21 il jurnalistika təcrübəsi olan Rəşad Abbasov buna qədər ANS TV, Cavan TV, Elm və Təhsil Nazirliyinin Təhsil TV media şirkətində müxbir, aparıcı, redaktor və baş redaktor vəzifələrində çalışıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.