Telman İsmayılovun Rusiyaya təhvil verilməsi üçün hazırlıq görülür

Rusiya Baş Prokurorluğu azərbaycanlı iş adamı Telman İsmayılovun Rusiyaya təhvil verilməsi ilə bağlı sorğu hazırlamağa başlayıb.

Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Telman İsmayılovun ekstradisiyası üçün Çernoqoriya prokurorluğu ilə əməkdaşlıq aparılır.

“Rusiya Federasiyası Baş Prokurorluğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada Çernoqoriyanın səlahiyyətli orqanları ilə qarşılıqlı əlaqə qurur. Hazırda Telman İsmayılovun Rusiya Federasiyasına ekstradisiyası üçün sorğunun hazırlanması işləri aparılır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Çernoqoriyanın Podqoritsa məhkəməsi oktyabrın 2-də Telman İsmayılovun barədə həbs qərarı çıxarıb. Rusiya tərəfinin sorğusu əsasında saxlanılan azərbaycanlı iş adamı iki sahibkarın qətlinin təşkilində günahlandırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir