Terror zamanı dağılan “Krokus Siti Holl” bərpa olunacaqmı?

Musiqiçi və sahibkar Emin Ağalarov “Krokus Siti Holl”un bərpasının mümkün həlli ilə bağlı sualı cavablandırıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, bu məsələ ilə bağlı son sözü “Krokus Group”un sahibi olan atası Araz Ağalarov deyəcək.

Emin Ağalarov konsert zalında baş verən faciənin ona dərindən təsir etdiyini, həmin an “Krokus”da olduğunu və baş verənlərin şahidi olduğunu deyib.

“Mən təbii olaraq bütün bu vəziyyətdən narahatam. Baş verən hər şeyi yenidən düşünmədən yuxuya getmək və oyanmaq, yemək, içmək mümkün deyil. Mən orada olduğum üçün hər şeyi, bütün bu dəhşətləri gördüm və hətta filmlərdə belə bu qədər insanın öldürüldüyünü görməmişdim. Bu, dəhşətlidir” – Emin Ağalarov deyib.

Azpost.info

Əvvəlki məqalə

“Terroru taciklərin törətməsi bütün xalqın adına ləkə salmamalıdır”

Sonrakı məqalə

Qırğızıstan Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırır