“Biz vəziyyəti gərginləşdirmək niyyətində deyilik, amma hadisələrin istəinlən gedişatına hazırıq. Bizim terrora cavabımız sərt əl, güclü, sürətli və dəqiq reaksiyadır”.
Azpost info bildirir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin bu günkü iclasında çıxışı zamanı deyib. Məlumatı Baş nazirin dəftərxanası yayıb.
Baş nazir terrorla bağlı görülən tədbirlərdən danışıb.
“Dünən hərbi-siyasi kabinet terrorla mübarizə tədbirlərini təsdiq edib. Biz təhlükəsizliklə bağlı işləri gücləndiririk, digər tərəfdən İsraildə törədilən bu aktları həyata keçirənləri və tərəfdarlarını yüksək bədəl ödməyə vadar edirik”-deyə Baş nazir vurğulayıb.
Netanyauhu deyib ki, İsrail vətəndaşlarına silah gəzdirmək icazəsi veriləcək.
Azpost.info
