Orxan Əsgərovun cənazəsi və səfirliyin əməkdaşları Tehrandan Bakıya yola salınıb

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı şəhid olmuş Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya yola salınıb.

APA-nın Tehran bürosu xəbər verir ki, səfirliyin təxliyə olunmuş əməkdaşları, onların ailə üzvləri, eləcə də hücum zamanı səfirliyin yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Əvvəlki məqalə

Bir ayda xaricə 20 milyon dollarlıq pomidor satan sahibkar kimdir? –

Sonrakı məqalə

“Terrora cavabımız sərt olacaq, istənilən gedişata hazırıq” –