“Teymur Göyçayevi görəndə qorxudan gömgöy olurdum” –Röya

Xalq artisti Röya Ayxan “Ötən günlər” verilişində qonaq olub.

Sənətçi mərhum bəstəkar, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli haqqında xatirələrini bölüşüb.

“Dünyanın ən xoşbəxt müğənnisiyəm ki, Nailə Mirməmmədlini tanımışam. Çünki onun sayəsində çox böyük bəstəkarlar, ulduzlar, şairlərlə tanış olmuşam. Ən önəmlisi odur ki, onda paxıllıq yox idi. Küsülülük olmasına da imkan verməzdi. Məsələn, durmadan Brilliant Dadaşova ilə danışırdı ki, yaxşı qızdır.

Mənə deyirdi ki, Baba Vəziroğlu, Faiq Sücəddinovla tanış olmalısan. Bütün yaxşı sənətkarlarla gəncləri tanış edirdi.

Mən heç vaxt inanmazdım ki, orkestrlə konsert verərəm. Teymur Göyçayevi görəndə qorxudan gömgöy olurdum. Nailə xanımın yanına qaçırdım ki, məni o kişinin yanında qoyma. Nailə xanım Teymur müəllimə demişdi ki, Röya səndən qorxur, elə et ki, bu qız səni xoşlasın, konsertində oxuya bilsin.
Həyatımda onun böyük rolu var, yeri görünəcək.

Uşaqları, gəlini ilə də münasibətim yaxşıdır. Mənim artıq bir ailəm də var. İstəyirəm ki, onun ruhu şad olsun. Hər zaman onun mahnıları səslənəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Brilliant Dadaşova erməni musiqiçiyə “Super” şərhini yazmış, Röya da onu tənqid etmişdi. Bundan sonra iki Xalq artisti qalmaqal yaşamışdı.

Onlar uzun müddət sonra “Ötən günlər” verilişində bir araya gəliblər. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

““3+3” formatı ilə Cənubi Qafqazda sülhü davamlı hala gətirmək istəyirik” –

Sonrakı məqalə

“Putin mənə dedi gözlə, mükafatı yeni prezidentdən alarsan…” –