Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Teymur Rəcəbov Levon Aronyana cavab yazdı

User 18 Sentyabr 2023 - 21:51 (Last updated: 21 May 2025 - 20:15)
teymur receb

Şahmat hər hərəkətin dərin düşüncə və diqqətli təhlil tələb etdiyi strategiya və intellekt dünyasıdır. Bu oyunda manipulyasiya və yalan üçün yer yoxdur, bizi dürüst və ədalətli olmağa öyrədir. Qrossmeysterlər yüksək şahmat titullarının daşıyıcıları kimi təkcə lövhədə deyil, həm də açıqlamalarında dürüstlüyə riayət etmək məcburiyyətindədirlər. Lakin təəssüf ki, bu, erməni şahmatçısı, üçqat Olimpiya çempionu Levon Aronyana şamil edilmir.

Bu sözləri Azərbaycanın aparıcı şahmatçısı Teymur Rəcəbov özünün feysbuk hesabında erməni şahmatçısı Levon Aronyanın sosial şəbəkədəki postunu şərh edərkən yazıb.

“44 günlük İkinci Qarabağ müharibəsi zamanı Aronyan deyirdi və yazırdı ki, guya “silah götürməyə, döyüşə getməyə hazırdır”. Təbii ki, Azərbaycana qarşı döyüşməyə.

Lakin riyazi düşüncəyə sahib olan Aronyan açıqlaması ilə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını faktiki olaraq dəstəklədiyini, Xankəndidəki separatçıları ruhlandırdığını və bununla da bölgədəki vəziyyətin daha da gərginləşməsinə öz “töhfəsi”ni verdiyini düşünürdümü?”, – deyə Teymur Rəcəbov şahmatın sülh və diplomatiyanın simvolu olduğunu, hətta soyuq müharibə dövründə şahmatçıların vasitəçi və sülh rəmzi olduqlarını vurğulayaraq soruşur.

Teymur Rəcəbov xatırladıb ki, ermənilər və azərbaycanlılar əsrlər boyu yan-yana, mehriban qonşuluq şəraitində yaşayıb, birlikdə çalışıb, sevinib və kədərləniblər. Lakin 1990-cı illərdə qonşularımızın, eləcə də Azərbaycan vətəndaşları olan Qarabağ ermənilərinin şüuru erməni şovinizmi, separatizmi, “irqi, milli və digər üstünlük” ideyalarının təsiri altına düşüb.

Azərbaycan şahmatçısı öz şərhində qeyd edir: “44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələri ölkənin təxminən 30 il erməni işğalı altında qalan yeddi rayonunu azad etdikdə, Ermənistanı təslim olmağa və ümumi məğlubiyyəti etiraf etməyə məcbur edəndə Levon Aronyan susurdu.

O, Azərbaycan əsgərləri bütün evlərin və tikililərin xarabalığa çevrildiyi, tamamilə dağıdılmış kəndləri, rayon mərkəzlərini, qəsəbələri və şəhərləri göstərəndə susurdu. Aronyan erməni işğalçıları tərəfindən yerlə-yeksan edilmiş Ağdam şəhəri – “Qafqazın Xirosiması”, dağıdılmış və ya tövləyə çevrilmiş məscidlər, ibadət evləri, vəhşicəsinə işgəncələrə məruz qalmış, qətlə yetirilmiş on minlərlə azərbaycanlı, Ermənistanın, erməni işğalçılarının və separatçı dəstələrin ölkəmizə vurduğu saysız-hesabsız ziyanlar haqqında heç nə deməyib. Xeyr, o, inadla susurdu. İndi isə danışdı”.

Erməni şahmatçısının feysbuk səhifəsində Azərbaycana qarşı irəli sürdüyü ittihamlara cavab olaraq, erməni təbliğatının və Qarabağ ermənilərinin guya “blokadada olduqları, qida məhsulları və dərmanların olmadığı” barədə dezinformasiyanı sözbəsöz təkrarlayan Teymur Rəcəbov yazır: “Ağdam-Xankəndi yolunun fəaliyyət göstərdiyi, NBM-nin işlədiyi, hər iki tərəfə hərəkət edən yüklərin yoxlanıldığı təqdirdə, söhbət hansı “blokada”dan gedir? Məhz Azərbaycanın səyləri sayəsində hər iki – Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları fəaliyyətə başlayıb. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpağıdır, bunu həm dünya birliyi, həm də son vaxtlar Ermənistan etiraf edir. Orada yaşayan ermənilər də Azərbaycana inteqrasiya etməlidirlər. Ağdam-Xankəndi yolunu bağlamaq deyil, Azərbaycan dövlətinin təklif etdiyi ərzaqı qəbul etməlidirlər”.

Levon Aronyanın “baş verənlər haqqında danışmaq” çağırışını şərh edən Teymur Rəcəbov vurğulayır: “Tamamilə razıyam, Aronyan, gəlin susmayaq, Ermənistanın Xocalıda Azərbaycan xalqına qarşı törətdiyi əsl soyqırımıdan, günahsız və silahsız insanların, güllələnmiş qocaların və süngülərə keçirilmiş körpələrin, diri-diri yandırılan hamilə qadınların, ölənə qədər döyülmüş uşaqların qətli, daş üstə daş qalmayan, məhv edilmiş şəhər və kəndlər, hələ uzun illər minalardan təmizlənəcək sahələr haqqında danışaq.

Gəlin dürüst olaq. Qrossmeysterin dürüstlüyü, sadəcə, etik standart deyil, həm də şahmat ictimaiyyəti, bütövlükdə cəmiyyət tərəfindən hörmət və etimadın açarıdır. Hər bir yalan açıqlama şahmatçıya inamı sarsıdır və bütün şahmat dünyasının nüfuzuna xələl gətirir.

Unutmayaq ki, qrossmeysterlər öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşıyırlar və yüksək dürüstlük standartlarına riayət etməlidirlər”.

Post navigation

Previous: Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin komandanı ABŞ-a gedib
Next: Xocavənddə yük avtomobili minaya düşüb, həlak olanlar var

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.