Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Təyyarəyə minməzdən əvvəl tövsiyə edilən qida rasionu

Orkhan Ali 18 May 2025 - 17:00 (Last updated: 21 May 2025 - 20:35)
Təyyarə

Təyyarə

Təyyarə ilə yola çıxmazdan əvvəl qəbul edilməsi tövsiyə edilməyən qida və içkilər var. Bu barədə tibb elmləri doktoru, aviasiya həkimləri assosiasiyasının prezidenti Olqa Verba məlumat verib.

O qeyd edib ki, xüsusən təzyiq problemi olan şəxslər uçuşdan əvvəl qazlı içkilərdən, ağır kalorili yeməklərdən istifadə etməməlidirlər.

Mütəxəssis qeyd edib ki, yuxarıda qeyd olunan qidalar mədə-bağırsaq problemi olan şəxslərdə uçuş müddətində narahatlıqlar yarada bilər.

“Uçuş saatında bir saat əvvəl bir stəkan təmiz su içmək tövsiyə olunur. Lakin bədəndə artıq mayenin olması tövsiyə edilmir. Nəhayət, uçuşdan əvvəl yatıb yuxunuza alın, çünki yorğunluq uçuşun stresini artıra bilər”, – deyə mütəxəssis qeyd edib.

Mənbə: Oxu.az

Əlavə olaraq oxu:

Təyyarə pilotları niyə ayrı yeməklərlə qidalanırlar?

Təyyarənin təhlükəsiz şəkildə uçması və enməsinə cavabdeh olan pilotların yediyi yeməklər də uçuş təhlükəsizliyi üçün çox vacibdir. Bu səbəbdən kapitan pilot, ikinci pilot və təlimatçı və ya əgər varsa, üçüncü pilot eyni vaxtda yemək yeyə bilməz. Aviasiyada hər zaman ən pis ssenariyə qarşı ehtiyat tədbirləri və ya hazırlıq görülür.

Pilotların eyni yeməyi yeməməsinin səbəbi hər hansı xəstəlik və ya qida zəhərlənməsinə qarşı bir qaydadır. Pilotlardan biri zəhərlənərsə, digər pilot öz vəzifəsini yerinə yetirə bilər. Yeməklər uçuşa yüklənmədən əvvəl müxtəlif yoxlamalardan keçsə də, bu, zəhərlənmə riskinə qarşı əlavə tədbirdir.

Pilotlar, yazılı qayda olmasa da, fərqli yemək mədəniyyətləri olan yerlərdə yemək yeyərkən belə, təyyarəyə minəcəklərsə, o halda da fərqli yeməklər yeməyə üstünlük verirlər.

Aviasiyada zəhərlənmə hadisələrindən danışarkən aşağıdakı iki hadisə qeyd olunur:

1. 1980-ci ildə Avstraliyada pilotlar qida zəhərlənməsi səbəbindən eyni vaxtda təyyarəyə nəzarəti itiriblər. Sərnişin huşunu itirən pilotlardan birini oyatdıqdan sonra təyyarə təhlükəsiz yerə enib.

2. 1982-ci ildə Milli Xarici Hava Yollarının Lissabon-Boston reysində 250 sərnişini daşıyan 10 ekipaj üzvündən 8-i pudinqdən zəhərləndi və ikinci pilotun xoşbəxtlikdən uçuşu sağ-salamat tamamladığı üçün bu qayda tətbiq olundu.

Bu təcrübə riayət edilməli olan beynəlxalq öhdəlik deyil. Ancaq bir çox aviaşirkətlər bu qaydaya əməl edirlər.

Aviasiyada ən vacib söz təhlükəsizlikdir. Sərnişinlərin təhlükəsizliyi üçün müxtəlif vaxtlarda fərqli yeməklər yeyirlər.

AzPost.az

Post navigation

Previous: Genetika psixi xəstəliyə meylliliyə təsir edir?
Next: Azərbaycan İranla əməkdaşlığı dəstəkləyir

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

erdo susa02
  • Katogriyasız

Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?

User 08 Noyabr 2026 - 18:05
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən...
Read more about Ərdoğan Şuşadan paylaşım etdi – Nələr yazdı?
İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi ilham erdo susa01
  • Siyasət

İlham Əliyev və Ərdoğan Şuşa qalasında foto çəkdirdi

User 08 Noyabr 2026 - 17:44
“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT ilham erdoqan metbuat beyanat
  • Siyasət

“Heç kimə imkan vermərik ki, aramıza girsin” – PREZİDENT

User 08 Noyabr 2026 - 16:37
Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO zakir hesenov
  • Sosial

Zakir Həsənov koronarirusa yoluxub – İlham Əliyev Ərdoğana dedi / VİDEO

User 08 Noyabr 2026 - 16:30
Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib ilham erdoqan susa gorus
  • Siyasət

Şuşada İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilib

User 08 Noyabr 2026 - 16:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.