“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” –

Prezident Tramp
26 Fevral 2020 - 00:49

ABŞ Prezidenti Donald Tramp Hindistan səfərindən qayıtdıqdan sonra koronavirusla bağlı fikirlərini bölüşüb.

Ağ Ev rəhbəri məsələni yaxından izlədiyini bildirib. Virusun ölkəsində yayılmamasına sevindiyini deyən Tramp sözlərinə belə davam edib: “İndiyədək bəxtimiz gətirib və bunun belə də qalacağını düşünürəm. Hesab edirəm, bu problem aradan qaldırılacaq. Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq”.(Qafqazinfo)