Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi:“İnsanlığa qarşı törədilmiş cinayətdir"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı status paylaşıb.

M.Əliyeva qeyd edib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcək: “Bu hadisə xalqımızı sarsıtdı, amma iradə və əzmini sındırmadı, bizi bir millət kimi daha sıx birləşdirdi və bu yenilməz birliyimizlə biz haqqın və ədalətin təntənəsinə – Xocalı faciəsinin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranın Səhiyyə naziri əhaliyə xəbərdarlıq etdi:

Sonrakı məqalə

“Tezliklə koronavirusun peyvəndi satışa çıxarılacaq” –