“18 milyardlıq dəstək paketini tezliklə işə salacağıq”- Ursula fon der Lyayen Zelenskiyə zəng etdi

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edib.

Azpost.info xəbər verir ki, o, bu barədə öz “Tviter” səhifəsində yazıb.

Komissiya rəhbəri Zelenskiyə kömək vəd edib və Ukrayna ərazisində onunla görüşməyi planlaşdırdığını deyib.

Lyayen bildirib ki, Avropa İttifaqı Ukraynaya maliyyə yardımını davam etdirəcək: “Biz tezliklə 18 milyard avroluq dəstək paketimizi aylıq tranşlarla ödəməyə başlayacağıq”.

Azpost.info

Əvvəlki məqalə

Bakıda çoxmərtəbli binada partlayış oldu –

Sonrakı məqalə

Azərbaycanda daha 19 nəfər COVID-19-a yoluxub