Bakıda çoxmərtəbli binada partlayış oldu –Ölən var /FOTO

Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada partlayış olub.

Partlayış 4-cü mikrorayon ərazisində, Göz xəstəxanası ilə üzbəüz yerləşən binaın 18-ci mərtəbəsində qeydə alınıb.

Bu barədə həmin ərazidə yaşayan telejurnalist Vüsalə Məmmədova bildirib.

Hadisə yerinə xilasetmə qüvvələri cəlb edilib.

Hadisənin səbəbi araşdırılır.

DİN mətbuat xidmətinin məlumatına görə, bu gün saat 16 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

Polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Əvvəlki məqalə

“Tezliklə yeni hücumlar başlayacaq…”

Sonrakı məqalə

“18 milyardlıq dəstək paketini tezliklə işə salacağıq”