“Tezliklə yeni hücumlar başlayacaq…”- NATO-nun keçmiş komandanından Ukrayna PROQNOZU

NATO qoşunlarının keçmiş komandanı, general Hans-Lotar Domreze Ukrayna və Rusiyanın bu yay sülh bağlayacağını proqnozlaşdırıb.

Azpost.info xəbər verir ki, o, bunu “Berliner Zietung”a müsahibəsində deyib.

Onun fikrincə, yaxın aylarda hər iki tərəfdən yeni hücumlar başlayacaq, lakin yayın əvvəlində durğunluq müşahidə olunacaq. Çünki o vaxt tərəflər gələcək döyüşlərin mənasız olduğunu anlayacaqlar.

“Yayın əvvəlində hər iki tərəfin dalana dirənəcəyini düşünürəm”, – Domreze qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“Mersedes”in sürücüsü Bakıya niyə gəlibmiş? –

Sonrakı məqalə

Bakıda çoxmərtəbli binada partlayış oldu –