Ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilir

25 Yanvar 2021 - 00:51

Ticarət obyektlərinin fəaliyyətinə bu gündən icazə verilib.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir.