“Tiflis Bakı və İrəvan arasında sülh sazişinin imzalanacağına ümid edir” –Paşinyan və Kobaxidze görüşdü

“Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacağına ümid edir”.

Azpost.info bildirir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze martın 25-də İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyə kömək edir: “Gürcüstan öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olması prosesinə töhfə verməyə hazırdır”.

Bugünkü görüşdə tərəflər müxtəlif sahələrdə və formatlarda – nəqliyyat, iqtisadiyyat, turizm sahələrində əməkdaşlıqdan danışıblar. Tərəflər həmçinin regional hadisələri müzakirə edib, çağırışlara qarşı birgə səylərin vacibliyini vurğulayıblar.

Kobaxidze Tbilisinin Ermənistanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.

Sonda o, Nikol Paşinyanı Gürcüstana səfərə dəvət edib.

Əvvəlki məqalə

“Solovyovun terrora etnik fon verməsi azərbaycanlıları hədəfə almaqdır” –

Sonrakı məqalə

Moskvada bomba təhlükəsi ilə əlaqədar klinikadan 900 nəfər təxliyə edilib