Gürcüstanın vətəndaş cəmiyyəti fəalları bu gün Tbilisidə parlament binası qarşısında növbəti etiraz aksiyası keçirirlər.
Paytaxtın Rustaveli prospektində təşkil edilmiş aksiyada müxtəlif QHT-lərin üzvləri, ictimai fəallar, siyasətçilər və sıravi vətəndaşlar iştirak edir.
Aksiya iştirakçıları 7-8 mart tarixlərində saxlanılanların azadlığa buraxılmasını və hakim Gürcü Arzusu partiyasından “xarici agentlər” haqqında qanunu necə geri çəkəcəyinə aydınlıq gətirməsini tələb edirlər.
Nümayiş səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi 7-8 mart tarixlərində parlament binası qarşısında keçirilmiş etiraz aksiyaları zamanı 133 nəfərin saxlanıldığını açıqlayıb.