TikTok rəhbərliyi Trampın təhdidlərinə cavab verib

TikTok şirkətinin baş direktoru Vanessa Pappas ABŞ cəmiyyətinin göstərdiyi dəstəyə görə istifadəçilərə təşəkkür bildirib.

RİA Novosti-nin verdiyi xəbərə görə, şirkət rəhbəri bu barədə tvitter səhifəsində yazıb.

Bildirib ki, ABŞ-da uzun müddət qalmaq niyyətindədirlər: “Hər gün TikTok-dan istifadə edən, gündəlik həyatımıza yaradıcılıq və sevinc gətirən milyonlarla amerikalıya təşəkkür edirəm. Çoxsaylı dəstəyinizi gördük. Heç bir yerə getmək planımız yoxdur… Uzun müddət buradayıq”.

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzetində ABŞ-ın IT nəhəngi olan “Microsoft”un TikTok xidmətini əldə etmək üçün ByteDance ilə danışıqlar aparması ilə bağlı xəbər dərc etmişdi. Sonradan prezident Donald Tramp ABŞ-da TikTok tətbiqini qadağan etməyi planlaşdırdığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şahin Mustafayev İranın Prezident Administrasiyasının rəhbəri ilə telefonla danışıb

Sonrakı məqalə

ÜST pandemiyaya görə dünya üzrə fövqəladə vəziyyət rejimini üç ay uzatdı