Tixanovskaya Lukaşenkoya təhlükəsizlik vəd etdi

Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya hazırkı Prezident Aleksandr Lukaşenko iqtidarı dinc yolla tərk edərsə, şəxsi təhlükəsizlik zəmanəti alacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, Tixanovskaya bu barədə “LB.ua” informasiya portalına açıqlama verib.

“Əlbəttə, insani olaraq dinc yolla ayrılırsa, belə bir ehtimal var. Hətta əminlik də demək olar. Şəxsən mən bütün insanların əvəzinə danışmalıyam. Bu məsələdə bütün insanların fikri nəzərə alınacaq”,- deyə S.Tixanovskaya qeyd edib.

Lukaşenkoya təhlükəsizlik zəmanətinin verilib-verilməyəcəyinə dair dəqiqləşdirici suala isə Tixanovskaya “Bəli. Hətta daha da çoxu”,-deyə cavab verib.

Xatırladaq ki, 9 avqustda keçirilən prezident seçkilərinin nəticələri ilə razılaşmayan Belarus müxalifətinin nümayəndələri hakimiyyətin ötürülməsinin təşkili məqsədilə Koordinasiya Şurası yaratmışdılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oğuzda “xaş-xaş” əməliyyatı –

Sonrakı məqalə

Prezident milyarder Fərhad Əhmədovu “Dostluq” ordeni ilə təltif etdi