Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Tofiq Zülfüqarov –

User 10 Sentyabr 2026 - 16:02 (Last updated: 10 Sentyabr 2026 - 16:02)
tofiq zülfüqarov

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya-Ukrayna müharibəsi ilə bağlı aparılan danışıqları və “məkik diplomatiyası”nı tənqid edib.

T. Zülfüqarov sosial şəbəkədəki paylaşımında hazırkı diplomatik prosesin məntiq və sağlam düşüncə baxımından ziddiyyətli göründüyünü bildirib. “Bir çox danışıqlar kimi, Rusiya-Ukrayna mövzusunda aparılan “məkik diplomatiyası” da absurd teatrını xatırladır. Qanlı, məntiqə və sağlam düşüncəyə zidd olan absurd teatrı”, – sabiq nazir yazıb.

Onun sözlərinə görə, Rusiyanın siyasi rəhbərliyinin müharibənin əvvəlindən etibarən məqsədlərini aydın şəkildə bəyan etməməsi ilə bağlı çox danışılıb. T.Zülfüqarov hesab edir ki, həmin məqsədlər, o cümlədən danışıqların hazırkı mərhələsində, hələ də tam aydın deyil.

“Ukrayna Konstitusiyası buna imkan vermir”

Sabiq xarici işlər naziri işğal olunmuş ərazilərin gələcək statusu məsələsinə də diqqət çəkib. O qeyd edib ki, Krım da daxil olmaqla hərbi nəzarətə götürülmüş ərazilərin Ukrayna Konstitusiyasına əsasən referendum keçirilmədən Rusiyaya verilməsi mümkün deyil. “Bu o deməkdir ki, Prezident Zelenski də, başqa heç kim də Konstitusiyanı pozmadan bu variant üzrə danışıqlar apara və hətta onu müzakirə edə bilməz”, – Zülfüqarov vurğulayıb.

Onun fikrincə, bu səbəbdən həmin ərazilərin gələcək statusu atəşin dayandırılması və tərəflərin bir-birinin kritik infrastrukturunu məhv etməsinə son qoyulmasını nəzərdə tutan, mahiyyət etibarilə hərbi-texniki xarakterli mümkün razılaşmanın tərkib hissəsi ola bilməz.

“Ərazilərin statusu dəyişməyəcək”

T.Zülfüqarov hesab edir ki, atəşkəs haqqında razılaşma imzalanarkən təmas xəttinin hansı konfiqurasiyada olmasından asılı olmayaraq, beynəlxalq hüquq baxımından ərazilərin siyasi statusu dəyişməyəcək. Onun fikrincə, həmin ərazilər beynəlxalq hüquq baxımından işğal olunmuş ərazilər olaraq qalacaq.

Sabiq nazir bunun Rusiya rəhbərliyinin “qələbə” elan etmək məqsədinə də təsir etdiyini düşünür. “Rusiya prezidentinin ‘qələbə’ elan etmək məqsədi mümkün və əldəolunan deyil. Bunun sadə bir səbəbi var: ‘Kiyevi üç günə ələ keçirmək’ mümkün olmadı və cəbhədəki vəziyyətə baxsaq, görünür ki, bu, “33 ilə”’ də baş verməyəcək”, – o yazıb.

“Bəs hazırkı danışıqlar nə üçün gedir?”

T.Zülfüqarov hesab edir ki, mümkün hərbi-texniki razılaşmadan sonra Kremlin hazırkı hakimiyyətinin siyasi gələcəyi də uzunmüddətli və uğurlu görünmür.

“Hazırkı Kremlin hakimiyyəti üçün siyasi gələcəyin yalnız real olaraq mümkün hərbi-texniki razılaşmadan sonra formalaşa biləcəyi və bu gələcəyin, yumşaq desək, uzunömürlü və şərəfli olmayacağı da açıq görünür”, – sabiq nazir qeyd edib.

Tofiq Zülfüqarov paylaşımının sonunda əsas sualı belə qoyub: “Bəs hazırkı danışıqlar nə üçün aparılır”

AzPost.az

Post navigation

Previous: DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb
Next: Azərbaycanın valyuta ehtiyatları rekord vurdu –

Oxşar xəbərlər

hörmüz boğazı.jpg 2
  • Dünya

İran Hörmüzdə yeni qaydalar elan edir – Gəmiçilik necə dəyişəcək?

User 25 Oktyabr 2026 - 19:24
saral
  • Dünya

Ərdoğanın baş danışmanı Oktay Saral istefaya göndərilib? – Azərbaycana görə

User 25 Oktyabr 2026 - 19:11
puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06

xƏBƏR

xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. Bu barədə aparıcı Elgiz Əkbər məlumat yayıb. O bildirib ki,...
Read more about AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır asteroid zerbe
  • Maraqlı

Yerə 2 milyard il əvvəl düşən asteroid – Kraterin ölçüsü Azərbaycan boydadır

User 25 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.