Qazaxıstan Aİ embarqosu altında qalan Rusiya neftini əvəz etmək üçün Almaniyaya neft tədarükünü əhəmiyyətli dərəcədə artırmağa hazırlaşır.
Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün Orta Asiya-Avropa İttifaqı sammitində bildirib
Onun sözlərinə görə, 2023-cü ilin əvvəlindən Qazaxıstan Almaniyaya 90 min ton neft göndərib.
Qazaxıstan neftinin Almaniyaya tədarükünün hazırkı tempi ilə bu, ildə 200 min tondan bir qədər çox ola bilər. Amma Tokayevin sözlərinə görə, Qazaxıstan, onları ən azı 6 dəfə artırmağa hazırdır.
“Bu rəqəmi ildə 1,2 milyon tona çatdırmaq potensialı və gələcəkdə onu artırmaq imkanı var”, – Tokayev bildirib.
Azpost.info
