Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev fövqəladə hallar naziri Yuri İlini vəzifəsindən azad edib.
Azpost.info info xəbər verir ki, 55 yaşlı İlin ölkənin şərqindəki Abay rayonunda baş verən böyük meşə yanğınları fonunda postunu itirib.
Rəsmi məlumatlara görə, yanğının sahəsi 60 min hektardan çox olub.
Fövqəladə Hallar Nazirliyi və rayonun hakimiyyət orqanları bir neçə kəndin sakinlərini təxliyə ediblər. Ölənlərin olduğu barədə məlumatlar var.
Bəzi mənbələr 3 meşə təsərrüfatı işçisinin öldüyünü bildirir. Fövqəladə Hallar Nazirliyi daha əvvəl 11 əməkdaşı ilə əlaqənin kəsilməsi ilə bağlı məlumat yayıb.
Azpost.info
