Tokayev Qazaxıstan paytaxtının yenidən Astana adlandırılmasına razılıq verdi- Açıqlama

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yerli deputatların Qazaxıstan paytaxtının yenidən Astana (hazırda Nursultandır:red) adlandırılması təklifini dəstəkləyib.

Azpost.info xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisdə baxılacaq konstitusiya qanunu layihəsinə müvafiq dəyişiklik edilib.

“Parlamentin bir qrup deputatı Astananın adının Qazaxıstanın paytaxtına qaytarılmasını təklif edib. Deputatların bu təşəbbüsü ilə bağlı prezidentə məlumat verilib. Bu təklif dövlət başçısının razılığı ilə konstitusiya qanunu layihəsinə daxil edilib”, – mətbuat katibi bildirib.

Onun sözlərinə görə, Tokayev Qazaxıstan dövlətçiliyinin möhkəmləndirilməsində və paytaxtın formalaşmasında Nursultan Nazarbayevin həlledici rolunu tarixi fakt kimi qiymətləndirir. Və hesab edir ki, ölkənin birinci prezidentinin adını daşıyan digər obyektlərin adları saxlanılmalıdır.

Azpost.info

Əvvəlki məqalə

“Putin sərhəddə gərginliyin aradan qaldırılması üçün əlindən gələni edir…” –

Sonrakı məqalə

Yasamalda yolların yenidən qurulmasına 1.7 milyon manat ayrılıb