“Putin sərhəddə gərginliyin aradan qaldırılması üçün əlindən gələni edir…” –KREMLDƏN AÇIQLAMA

“Ermənistan-Azərbaycan sərhəddindəki gərginliyin aradan qaldırılması üçün ciddi ekspert işi aparılır”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu gecə Paşinyanla telefon danışığı oldu. Baş vermiş ciddi gərginlik müzakirə olundu. Bu danışıqlar müstəvisində ekspert səviyyəsində intensiv iş aparılır. Başqa nəsə deyə bilmərəm. Əldə olunan nəticələr barədə məlumat veriləcək”.

Peskov bildirib ki, burada Putinin və Rusiyanın rolunu qiymətləndirməmək çətindir. “Prezident sərhəddə gərginliyin aradan qaldırılması üçün əlindən gələni edir, bütün səylərini göstərir. Bu cəhdlər davam edir”-deyə mətbuat katibi vurğulayıb.

 

Əvvəlki məqalə

KTMT Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı bəyanat yaydı

Sonrakı məqalə

Tokayev Qazaxıstan paytaxtının yenidən Astana adlandırılmasına razılıq verdi